ДМ Мизгулин.
События Книги Переводы Статьи Музыка Фонд Фото
Навигация
01 События 02 Книги 03 Переводы 04 Статьи и интервью 05 Музыка и фильмы 06 Фонд «Дорога жизни» 07 Фотоальбом
Автор

Дмитрий Мизгулин

География

Ханты-Мансийск · Санкт-Петербург

Перевод на азербайджанский язык

  • Перевод на азербайджанский язык стихов Дмитрия Мизгулина Мамеда Оружди, Княза Гончага,Сиявуша Мамед-заде.
  • Сборник стихов Дмитрия Мизгулина «Свеча» на азербайджанском языке в переводе Мамеда Оруджова.

Сборник стихов Дмитрия Мизгулина «Свеча» на азербайджанском языке в переводе Мамеда Оруджова

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 14 апреля 2014

Скачать сборник стихов Дмитрия Мизгулина «Свеча» в формате Adobe Reader (.pdf)

Beş-alti manatlıq fayton səfəri

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Beş-alti manatlıq fayton səfəri

Bakının keçmişdən qalan şakəri

Gəzib dolanaram lal küçələri

Ötəni, yetəni seyr eləyirəm.

Mehman gəzdirən faytonçu bu dəm

Söz açır, üyüdür

            hey ordan-burdan,

Təkərlər fırlanar

            dolanbadolan,

Gecə sükunətə qərq olub nər yan…

Daşlarin yaddaşı gör nələr deyir,

Hər yerdə bir aləm,

            dastan gizlənir

Keçmişlər şəhərin vecinə deyil,

Bu günüm öz hokum, ünü

            səslənir.

Güzəran sürəcək öz minvalıyla,

Adicə həyatın vecsiz axarı

Musiqi qarışıq qiylu-qalıyla

Basacaq qaranlıq meyxanaları.

Oranın öz nırxı, öz alveri var,

Içənlər içkidən xoşhallannacaq,

Günəşi udacaq lacivərd sular,

Dənizin içindən ay boylanacaq.

Baxıb naşıların boş höçətinə

Ariflər bezikib təngə gələcək,

Oğrular işinə başlayıb yenə

 

Bu gecə bəxt ilə cəngə gələcək.

Qaranlıq haqlayır yolu bir qədər

Kölgələr, binalar ötüsüb keçir

Gecənin qoynunda ucalan evlər,

Saraylar zülmətə qatışıb keçir.

Qocanın yüyəni tutan əlləri

Sustalıb boşalir,

            atlar səngiyir,

Aşıb əsrləri, bərvləri

Tarixin sorağı

            min bir don geyir,

Heçliyə qər olmuş

            şahlar, vəzirlər,

Adlar unudulmuş,

            solmuş daş-divar,

Yazıya pozu yox,

            qədim yazılar

Vaxtın sınağ necə

            dözürlər?

Daş üstə sehirli, sirli

            naxışlar,

Onlardan baş açan,

            oxuyan hanı…

Əsrlər şahıdı, sinli naxışlar

Özündə yaşadır ötən zamanı.

Odur ha, göylərdən

           asılı qalıb

 

Qoca Şərqin gerbi-

            bəyaz aypara

Sanki qanad çalıb, qalxdıqca qalxıb

Ünyetməz, əlçatmaz ucalıqlara…

Ləpələr sahilə sinir sakitcə.

Halını pozmayır qayğışız gəcə.

Şirvanşahlar sarayının yanında

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Şirvanşahlar sarayının yanında

Bir qadın yaşayır… qadın? yox pəri

Evinin tavanı alçaq olca da,

Səmaya açılır pəncərələri…

 

Dəniz bərq yurardı Günəş doğanda

Üfüq füruzəyi şölə saçardı

Gəmilər körfəzdə yırğalananda.

Sərçələr küçədə dən axtarardı

 

Burda minarələr göyə millənir,

Zamansa uyumuş dar dolanlarda

Onlara yetməyir nə səs, nə səda

Hər kəs öz işinə-gücünə gedir.

 

Qadınsa yatırdı. Qadın bimirdi,

Onun qarşısında suçludu dünya

Qadınsa yatırdı, qadın bimirdi

Ona varliğıyla borculudu dünya…

Tufana düşmüşük gör neçə ildi

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Tufana düşmüşük gör neçə ildi,

Doğrudanmı bizi unudub Allah?

Pəncərə önündə yenə də payız

Buz bağlamış nohur. Saralmış taya.

 

Köçəri quşlardı göyün hakimi

Ağaclar soyunub, bağ-bağça qardı

Neçə illər qabaq olduğu kimi

Gecənin qulğı yene də kardı.

 

Dolanbac yollarda çaşıb qalanda

«Fani» axirəti rədd edəcəksən

Axırda boyanıb geri baxanda

Duman görəcəksən, çən görəcəksən.

 

Demək, sən yelkəni düz açmamisan

Başqa bir sahilə yan alıb bərən

Indi nə fərqi var, açıq danışaq

Sən axmaq olmusan, ya uzaqgörən?

Siz allah, bir qədər asta danışın

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Siz allah, bir qədər asta danışın

Dünya bir qəribə vüsət içində

Ay da boylanaraq çardağımızdan

Izləyir bizləri heyrət içndə.

 

Yorulub, sürünür Ayın işığı

Amma qaranlığa qənim kəsilir

Kimsəsiz görünür Ayın işığı

Küçə fənərləri söndücə bir-bir.

 

Üfüqün rənqindən qızarır damlar

Bu sabah necə də mən dəxtiyaram

Siz allah, bir qədər asta danışın

Onsuz da sizlərə qulq asmıram.

Kimsəni incitmədim

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Kimsəni incitmədim

Kin, nifrət bəsləmədim

Beləcə, səadətin,

Astanasına gəldim.

 

Inandım dosta, yada

Əhv etdim dostu, yarı

Icazə istəmədən,

Mən açdım qapıları.

 

Içəridən yenə də

Dostlar məni çağırır

Ümidimin gəmisi

Yelkənini qaldırır

 

Qağayılar dumana

Qarışıbdi du axşam

Və mən inanmıram ki,

Öz-özümə aldanam

Bu da payızın sonu

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Bu da payızın sonu

Yenə də şaxta, sazaq

Ağardı yerin donu

Dözsən çıxarıq yaza.

 

Hər şey hərəkətdədir

Hər şey təkrar olunur

Rüzgarın dəyişməsi

Səni niyə qorxudur?

 

Yenə də qış qələcək

Yenə də qar yağacaq

Biz yaşayan anları

Doğmalar yaşayacaq.

 

Gileylənmə taledən

Har şey əbəsdir, ədəs

Bu qismət çevrəsindən

Əsla çıxmağa dəyməz.

Romans

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 02 июня 2011

Yüzə qədər saydım ki,

Gözümə yuxu getsin

Bu uzun gecə bitsin…

Saydım, dübarə saydım

Yüz gəlib minə çatdı…

Bu yağişlı gecədə

Ürəyim narahatdı…

 

Heç özüm də bimirəm

Nə səbəbə, nə üçün,

Axı nə olub mənə?

Hər şeyin günahkarı

Bəlkə elə yağışdı?

Yəqin əlbət yağışdı.

Tap, turup Gecə yarı.

Donmuş bağlara axır

…Bu yağışın suları.

 

Küçələrdə kimsə yox

Bayırda qaranlıqdı.

Könül, məni az danla

Nə ola, yağış yuya

Mənim günahlarımı

Sənim günahlarınla.

Meşədə yanğın

Информация о материале
Категория: Перевод на азербайджанский язык
Опубликовано: 30 марта 2010

Kupedə ikimizik,

Qonşum yaman darıxır.

Vaqonun aynasından,

Qarh meşəyə baxır.

Nə qədər çay içərlər,

Yollara baxa-baxa?

Hələ çox var axşama,

Hələ çox var sabaha.

Gecənin bir vədəsi,

Qonşum məni ayildir.

Anlaya bilmirəm ki,

Günün hansı vaxtıdır?

Nə tez açılıb səhər?

Bu Günəş hardan doğub?

 

... Sən demə her yer yanır

Qarlı meşə od tutub.

Qara qanadlı quşlar

Yanan yuvalarına

Göy üzündən baxırlar.

Qonşum həyəcanlanıb

Soruşur ki, neyləyək?

Kimdən imdad diləyək?

Ürəyini üzmə sən

Bu şütüyən qatardan

Biz atılsaq, ölərik.

Bu od tutmuş meşəyə

Aynadan baxa-baxa

De, neynəyə bilərik?

  • 1
  • 2

Ссылки на ресурсы

Hohlev Андрей Шацков День поэзии Второй Петербург